Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir. Bizə ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır.
Bakıda təşkil ediləcək COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca bir sıra beynəlxalq qurum və media inistitutlarının Azərbaycana qarşı qarayaxma kampaniyası daha genişlənir. Bu qurumların saxta arqumentlərindən biri də guya Azərbaycanın sadəcə ənənəvi enerji mənbələrinə üstünlük verməsi ilə bağlıdır.
Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir. Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünü hesablanacağı gözlənilir.
“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli Milli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Beləliklə, 30 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.
Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kVt.sta çatıb. Bütövlükdə isə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.
Bu ilin ilk 8 ayında ölkəyə gələn turistlərin 28.7 faizi Rusiyanın payına düşüb. Daha sonrakı yerləri 16,2 faizlə Türkiyə, 9,2 faizlə Hindistan, 8,1 faizlə İran, 4,4 faizlə Səudiyyə Ərəbistanı, 4,0 faizlə Gürcüstan, 3,3 faizlə Qazaxıstan, 2,8 faizlə Pakistan, 1,8 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizlə Özbəkistan, 1,5 faizlə Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizlə Belarus bölüşdürüb, və 10,9 faizi digər ölkələrin vətəndaşları olub.
2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır.
Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi” qaydalarını təsdiq edib.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərdədir. İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artim Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə “İğdır-Naxçıvan-Qars” dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağını bəyan edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bununla da İqtisadiyyat Nazirliyi yanında olan xidmət bu sənədlə mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.