SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və rəhbər şəxsləri Sumqayıt şəhərində olublar. Birliyin rəsmiləri tərəfindən əvvəlcə “QAZandım” transformasiya layihəsi çərçivəsində sənaye şəhərinin küçələrində quraşdırılan balans qovşaqlarına yerində baxış keçirilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yaşayış məntəqələrinə küçə qaz xətlərinin çəkilişi ilə paralel olaraq payız-qış mövsümünə hazırlıq işlərini də həyata keçirir.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Quba rayonunda baş tutub.
SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Şəki şəhərində vətəndaş qəbulu keçiriləcək.
SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək. 05 iyul saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Masallı və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək
24 aprel saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq.
İsmayıllı rayonunun Talıstan kəndinin köhnə qaz xətləri yenisi ilə əvəzlənir. SOCAR-ın “Azəriqaz” İB-nin həyata keçirdiyi işlərə cari ilin yanvar ayından etibarən start verilib. Görülən işlər çərçivəsində 14 000 metrə yaxın korroziyaya uğramış qaz xətlərinin yenilənməsi nəzərdə tutulur.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Tərtər Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanaraq nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirib və onlara təşəkkür edib.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüş keçirib.
Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daim işlər görülür.
“Dübəndi” QPS-də “Dübəndi əlaqələndirici” qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 17 aprel 2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.