Elvin ABBASOV İKT eksperti
Mobil operatorlar öz metodologiyalarında və qiymət siyasətində tədricən dəyişikliklər edirlər

Azərbaycan Televiziyasından (AzTV) dövlət qurumlarına müraciət edərək, mobil operatorların istehlakçı hüquqlarını pozması ilə bağlı, xüsusilə aztəminatlı insanları narahat edən bir məsələni diqqətə çatdırdım.

14.06.2025
Məqsəd nədir? - Azərbaycanın rəqəmsal əkizinin yaradılmasıdır?

2017-ci ildən etibarən Əmlak Məsələləri üzrə Dövlət Xidməti süni intellektə əsaslanan torpaq səthinin monitorinq sisteminin tətbiqinə başlayıb. Bu, ölkə üzrə böyük həcmli məlumatların rəqəmsal emalı və onların analitik təhlili istiqamətində ilk genişmiqyaslı təşəbbüslərdən biri hesab olunurdu.

07.06.2025
İqlim dəyişikliklərinə peykdən baxış: Xəzər dənizinin səssiz çəkilişi

Hal-hazırda iqlim dəyişikliyi mövzusu təkcə qlobal səviyyədə deyil, həm də regional elmi ictimaiyyətin diqqət mərkəzindədir. Azərkosmos bu sahədə çalışan tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyan ClimateReport.az platformasını ictimaiyyətə təqdim etməklə, iqlim dəyişikliklərinin müşahidəsi və təhlilində keyfiyyətli və açıq məlumatlara çıxışı mümkün edir. Qeyd edilməlidir ki, bu tip məlumatların 50%-dən çoxu peyk müşahidələri vasitəsilə toplanır və bu, xüsusilə geniş və çətin əlçatan ərazilərdə – məsələn, Xəzər dənizi hövzəsində baş verən dəyişikliklərin izlənməsi baxımından əvəzsiz vasitədir.

28.05.2025
Xəzərin səssiz çəkilişi – Peykdən baxış

İqlim dəyişikliyi mövzusu təkcə qlobal səviyyədə deyil, həm də regional elmi ictimaiyyətin diqqət mərkəzindədir. Azərkosmos bu sahədə çalışan tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyan ClimateReport.az platformasını ictimaiyyətə təqdim etməklə, iqlim dəyişikliklərinin müşahidəsi və təhlilində keyfiyyətli və açıq məlumatlara çıxışı mümkün edir.

27.05.2025
Azərbaycanda Genişzolaqlı İnternetin sürətində 5 pillə irəlidi

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 76,87 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 96% artımı deməkdir. Qeyd edim ki, ötən ilin aprel ayında bu göstərici 39.24 Mbit/s idi.

18.05.2025
Dövlət qurumları informasiya sistemlərindəki məlumat bazalarını “təmizləyir”

Dövlət mərhələli şəkildə qurumların informasiya sistemlərindəki məlumat bazalarını “təmizləyir”, artıq 30 milyon uyğunsuzluq aşkarlanaraq dürüstləşdirilib.

03.05.2025
Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım

Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlərlə istifadə üzrə imzalanmış Anlaşma Memorandumu ölkəmizin kosmik sənayesinə strateji təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir. Çin bu sahədə Ay və Mars missiyaları həyata keçirmiş, “BeiDou” naviqasiya sistemi və “Tiangong” kosmik stansiyası ilə texnoloji müstəqilliyini təsdiqləmiş güclü tərəfdaşdır. Bu əməkdaşlıq Azərbaycan üçün yalnız texnoloji transfer deyil, həm də kosmik layihələrdə birbaşa tərəfdaşlıq imkanları yaradır.

24.04.2025
Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır

Azərbaycan ilə Çin arasında imzalanan “hərtərəfli strateji tərəfdaşlıq” bəyanatı çərçivəsində texnologiya sahəsi əməkdaşlığın əsas prioritetlərindən biri kimi ön plana çıxır. Xüsusilə elm və texnologiya, rəqəmsal iqtisadiyyat, süni intellekt və kosmos sahəsində imzalanmış sənədlər bu istiqamətdə qarşılıqlı marağın və strateji baxışın olduğunu göstərir. Çin bu sahələrdə qlobal liderlərdən biri kimi tanınır və onun təcrübəsi Azərbaycanın texnoloji inkişafında mühüm rol oynaya bilər.

23.04.2025
Azərbaycanda Genişzolaqlı İnternetin sürətində müsbət dinamika davam edir

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın mart ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 73,60 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 92% artımı deməkdir. Qeyd edim ki, ötən ilin mart ayında bu göstərici 38.32 Mbit/s idi.

17.04.2025
E-İştirak platforması nə zaman istifadəyə veriləcək?

Rəqəmsal hökumət quruculuğunun əsas dayaqlarından biri olan e-iştirak (elektron iştirakçılıq) platformasının ölkəmizdə hələ də tam şəkildə formalaşmaması narahatedici məqamlardan biridir. Gecikmənin səbəbi hüquqi bazanın tam formalaşmaması, yoxsa texniki çətinliklərdirmi?

16.04.2025