Sahib Alıyev Millət vəkili
Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var

Sosial şəbəkədə İsrail-İran qarşıdurması haqda hayların mövqelərini izləyirəm. Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var və ikinci Qarabağ savaşı zamanı Artsrun Hovannisyanın "taktiki geriçəkilmə"sindən betər sarsaqlamalarla doludur.

18.06.2025
Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla, Vilayətinin Zəngəzur dəhlizi açıqlaması prinsipcə eyni mahiyyətdir

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyətlidirlər.

11.06.2025
Paşinyana Azərbaycandan arzuladığı davranışı görmək istəyirsə dövlətimizin irəli sürdüyü iki tələbi yerinə yetirməlidir

Paşinyanın Qurban Bayramı ilə bağlı təbriki ilk növbədə gələn il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkisi ilə əlaqədardır.

10.06.2025
Bütün uğurlarımızın kökündə Ulu Öndərin neft-qaz strategiyası durur

Keçən həftənin məncə, bizim üçün ən mühüm hadisəsi iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi idi. "Müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.

10.06.2025
Azərbaycanda dost İsrailə yanaşma romantizmə yox, reallığa söykənir

İsrailin səlahiyyət müddəti yayda başa çatacaq Azərbaycandakı səfiri Corc Dik "The Yerusalem Post" qəzetinə verdiyi açıqlamada soydaşlarımızın 80 faizinin ölkəsinə dost gözü ilə baxdığını açıqlayıb.

27.05.2025
Azərbaycanın məqsədi türk birliyini gücləndirmək və qlobal güc mərkəzlərindən birinə çevirməkdir

Azərbaycan Prezidentinin TDT-nin Budapeştdəki sammiti başa çatar-çatmaz quruma üzv ölkələrin daxili işlər nazirlərini qəbul edərkən söylədikləri bir daha təsdiqləyir ki, onun təşkilat olaraq formalaşmasında Naxçıvan Zirvəsi xüsusi rol oynadığı kimi cari ildə türk liderlərin Bakıda keçiriləcək görüşlərində də bu yöndə mühüm qərarların qəbulu gözlənilir.

26.05.2025
"Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Prezident Əliyev bizim yanımızdadır"

Dövlət başçılarının keçirdikləri görüşlərin nəticəsi haqda mətbuata bəyanatları həm daxili, həm də danışıqlar aparılan ölkəninki qarışıq, yaxud başda olmaqla xarici auditoriya üçün nəzərdə tutulur.

22.05.2025
Dövlətimiz suverenlik məsələsində olduğu kimi, dostluqda da qətiyyətlidir və prinsipialdır

Görünür, forpostlarıyla aralarındakı təcrübəyə dayanaraq müttəfiqliyi mütiliklə, tərəfdaşlığı tərəfkeşliklə, yoldaşlığı yandaşlıqla dəyişik salanlara Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti dəfə hədlərini göstərəndən az sonra öncə Türkiyənin müdafiə naziri, ardından da Milli Təhlükəsizlik Şurasının Baş katibinin Bakıya səfərləri olduqca önəmlidir. Nəzərə alsaq ki, cənab Okay Məmiş qardaş ölkənin Milli Təhlükəsizlik Şurasının Baş katibi vəzifəsində ilk səfərini məhz Azərbaycana etdi, məncə, bu, böyük Atatürkün aramızdakı sevinc və kədər ortaqlığı haqqında dediklərinin müdafiə və təhlükəsizlik məsələlərində də keçərliliyinin bir daha diqqətə çatdırılmasıdı.

16.05.2025
Çin MDB ölkələri içərisində ən yüksək səviyyəli strateji tərəfdaşlıq anlaşmasını məhz Azərbaycanla imzaladı

Millət vəkili Sahib Alıyevin Milli Məclisin plenar iclasında nəzərdə tutulan çıxışının mətni.

11.05.2025
Pezeşkian Azərbaycanda Təbriz və Ərdəbil doğmalığı niyə gördü? - Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri artıq sona çatıb. Özünün də vurğuladığı kimi əminəm ki, burada doğrudan da Təbriz və Ərdəbil doğmalığı gördü. Niyə gördü? Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da.

29.04.2025
Qərbi Azərbaycanda dağıdılan və mənimsənilən tarixi-mədəni irsimizlə bağlı yeni perespektivlər...

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası qanununa, daha dəqiqi bu qanunun 6-cı maddəsinə edilən dəyişiklik ilk baxışda texniki xarakter daşısa da, burada vahid standartın tətbiqinin nəzərdə tutulmasını və elektronlaşdırmanı nəzərə alaraq demək olar ki, bu, təkcə tarixi-mədəni irsimizin daha effektli qorunması deyil, Qərbi Azərbaycandakı dağıdılan və mənimsənilənlər qarışıq onlarla bağlı əsl reallıqların üzə çıxarılması üçün də yeni perspektivlər açır. Millət vəkili Sahib Alıyev Milli Məclisdə məhz bu məsələni gündəmə gətirdi.

26.04.2025