Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib ki, “Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır”. Lavrovun bu açıqlaması kimə ünvanlanıb:
Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin META-ya şikayəti əsasında Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan 2 Facebook səhifəsi - “Azeri Time” və “Azeri Voice” səhifələri bağlanıb.
Rusiya Prezidenti Vladimir Putin istədiyini almayana qədər razılaşmaya getmir və ya razılaşmanı yerinə yetirmir. Ukrayna ilə müharibə Putinin üçüncü müharibəsidir və əvvəlki ikisində istədiyini əldə edəndən sonra sakitləşib.
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfəri İranın mühafizəkar dairələrini narahat edib.
Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldan ayrıldıqda atəşkəslə bağlı təkliflərini hazırlayacaqlarını və bir-birlərinə təqdim edəcəklərini razılaşdırıblar.
Albaniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan konfrans zalını sürətlə tərk edərkən mikrofonu ona uzadan Azərbaycanın İctimai Televiziyasının əməkdaşının suallarına cavab verməyə qərar verdi.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sərkisyanı korrupsiyaya qurşanmaqda ittiham edərək, onların həbs olunmamalarını lütfkarlıq kimi qiymətləndirdi. Paşinyan bunu ona görə səsləndirdi ki, radikal müxalifət baş nazirə qarşı eyni ittihamlarla çıxış edir. Paşinyan isə topu radikalların meydanına atdı.
Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifini irəli sürəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin “İstanbulda Səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Volodimir Zelenskinin 2022-ci ildə Rusiya Prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna Prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenskini bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib.
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında psixoloji mübarizə davam edir. Hər ikisi atəşkəsdən və müharibənin dayandırılması əhəmiyyətindən danışır. Hər iki dövlət 4-cü ildir davam edən müharibədən yorulub və hər iki lider istədiyi nəticəni əldə etməyib.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə təmaslara başlamaq üçün niyə Səudiyyə Ərəbistanını deyil, Türkiyəni seçib? Halbuki, amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu bir müddət əvvəl məhz Səudiyyə Ərəbistanında müzakirə etmişdilər.
Ukrayna Prezidentii Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “15 mayda Ukrayna ilə İstanbulda danışıqlara başlamağa hazırıq” açıqlamasına “Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazıram, 15 mayda onu Türkiyədə gözləyəcəm” şəklində maraqlı cavab verib. Beləliklə, iki lider arasında psixoloji mübarizə davam edir.