ABŞ prezidenti D. Trampa İrana birbaşa hərbi müdaxilə etməyə icazə verilmir.
Cənubi Qafqaz üçün əsas strateji təhlükə Rusiya-Ukrayna müharibəsinin Moskvanın leyhinə dəyişməsindən keçir. İsrail -İran müharibəsi Yaxın Şərqdə yeni siyasi nizamın qurulmasının tərkib hissəsidir. ABŞ diqqətini İrana yönəlib. İranın zəifləməsi Rusiya üçün müəyyən çətinlikləri olacaq. İran Rusiyaya ballistik və ŞAHED PUA -ları verirdi.
İsrail İranın qərar vermə mərkəzlərini və hökumət binalarını vurmaqla rejimin devrilməsini hədəfləyir. İranda rejimin dəyişməsi mümkün görünmür. Xalq ayağa qalxmir. Quru qoşunlarının müdaxiləsi yoxdur. Rejim dəyişərsə, alternativi ondan da pisi şahın nəvəsi gətirilirsə, fars millətçiyinin ən böyük nümayəndəsidir. İranın parçalanması, Güney Azərbaycanın azadlığa qovuşmasına imkan verilməyəcək. İranda islahatçı azərbaycanlı M. Pezeşkiana Ali dini rəhbər S. Xamenei və onun ətrafı imkan vermədi ölkəni normal idarə etsin.
Yaxın Şərqdə Suriya, İraqda rejimlər devrildikdən sonra, növbə İrana çatacaqdı. İranın proksi qüvvələri sıradan çıxarıldı. İranda rejimin dəyişdirilməsi istiqamətində ABŞ hərbi addımlar atır. Bundan sonra, ABŞ və İran arasında nüvə danışıqları baş tutmayacaq. Əməliyyatlar qarşılıqlı olaraq davam edəcək.
İranın ABŞ-la nüvə danışıqlarında öz mövqeyindən geri çəkilməməsi ona qarşı hərbi əməliyyatlara rəvac verdi. ABŞ göstərişi ilə İsrail Irana qarşı hərbi əməliyyatlara başladı. SEPAH komandanı, nüvə alimləri nöqtə atışı ilə məhv edilib. Tehranın mərkəzinə keçirilən hava əməliyyatları göstərdi ki, İranın havadan müdafiə sistemləri iflicdi.
ABŞ -İran arasında aparılan nüvə danışıqları razılaşma əldə edilmir. Xüsusilə, İranın Ali dini rəhbəri S. Xamenei D. Trampla hərhansı bir müqavilənin bağlanmasını mənasız adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb. Bele olan təqdirdə tərəflər arasında mümkün razılaşmalar əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunu elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə, həm ballistik raketlərdən həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə ziddir olaraq qalır. ABŞ İranın onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması 2026-ci il seçkilərinə kimi baş tutmayacaq. Bu ölkədə daxili siyasi çəkişmə hər keçən gün artır. Müxalifət və kilse N. Paşinyana yeni cəbhə açıb.
ABŞ prezidenti D. Trampla Rusiya prezidenti arasında baş tutan telefon danışığında görüş barədə razılaşma əldə edilməyib. Çünki, görüş Ukrayna danışıqlarında ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnməli idi. Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazır deyil. bir görüşə hazır deyil. Göründüyü kimi, baş tutan telefon danışığından sonra D. Tramp Ukraynaya zərbələrə seyrçi qalıb.
Rusiya -Ukrayna arasında İstanbulda ikinci raund danışıqlarda Kremlin təqdim etdiyi memorandum Ukraynanın kapitulyasiyasinı nəzərdə tutur. Rusiyanın bu memorandumu Ukraynanın bir dövlət kimi yox olması deməkdir. Təbii ki, Ukrayna bu kimi şərtləri qəbul edə bilməzdi.
Rusiya -Ukrayna arasında İstanbulda keçirilən danışıqların ikinci raundu nəticəsiz başa çatdı. Rusiya öz təkliflər memorandumunu təqdim edib. Rusiya Ukraynadan dörd vilayətdən imtina edilməsi və prezident seçilməsi şərti irəli sürülür.
İran Suriyada YPG terror təşkilatı ilə danışıqlar apararaq silahı yerə qoymamağı və Türkiyə əleyhinə yenidən aktiv əməliyyatlar üçün logistik dəstək verir.