“Mən Allahdan gələn missiyaya uyğun hərəkət edirəm. Allah mənə dedi: “Corc, get Əfqanıstanda terrorçularla döyüş”. Mən də gedib döyüşdüm. Sonra Allah mənə “Corc, get İraqdakı zülmə son qoy” dedi. Mən də son qoydum”.
Prezident qorxusundan öz təyyarəsinə yox, başqasına minib
Ermənistanın “Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan erməni soyqırımı, Ararat (Ağrı) dağı və digər bu kimi antimilli bəyanatlar səsləndirir. Baş nazirin öz siyasi komandasının şərhinə görə, bu kimi bəyanatlar bir məqsəd güdür: Tayyib Ərdoğan İlham Əliyevi Ermənistanla sülh müqaviləsi imzalamağa təhrik etsin. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının 2026-cı ildə parlament seçkilərinə getməsi və qalib gəlməsi üçün bu, hava və su kimi lazımdır.
Belə bir ifadə var: Bapbalaca boyu var, dam dolusu toyu var. Bu ifadə sanki Qətər dövlətinin boyuna biçilib.
“ABŞ prezidenti seçilən Donald Trampın Panama kanalı, Qrenlandiya və Kanada ilə bağlı hazırkı zorakılığa söykənən çağırışları Ermənistan üçün dəhşətli təhlükədir. Tramp dediklərini həyata keçirsə, bu, ərazi genişlənməsinə can atan digər döyüşkən ölkələrin istahını artıracaq. Çin Tayvanı ələ keçirmək istəyir, Rusiya bütün Ukraynanı, Şimali Koreya Cənubi Koreyanı, İsrail bütün Qəzzaya və İordan çayının qərb sahilinə göz dikib. Türkiyə və Azərbaycan onilliklər ərzində həyata keçirməsini arzuladığı pantürk ekspansiyasına söykənən köhnə xəyalını-bütün Ermənistana sahib olmağa can atır. Türkiyə və Azərbaycan bütün Ermənistanı işğal edib ona hökmranlıq etsə, prezident Trampın müdaxilə edəcəyini düşünən varmı? Nəzərə alın ki, Türkiyə Trampa İstanbul və Ankarada şəxsi otellərini tikməyə icazə verə bilər”…
İran Azərbaycana qarşı niyə bu qədər qəzblidir? Müxtəlif yozumlar var, bir çoxunun isə mətləbə dəxli yoxdur.
Azərbaycan dəhliz məntiqinə uyğun olaraq kommunikasiya xətlərinin açılmasına çalışır. Ermənistan “dəhliz” terminini öz ərazisi üzərində nəzarəti itirməsi anlamında qəbul edir...
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı “Armenpress” xəbər agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsinin həlli yolu tapılıb və bu, hər iki tərəfi tam qane edir...
Tanınmış isveçli ekoloq Qreta Tunberq cümə axşamı Ermənistanın paytaxtı İrəvanda “Azərbaycanın insan hüquqlarına və ətraf mühitin mühafizəsinə qarşı təcavüzü” mövzusunda konfransda iştirak edib. Daha öncə o, Tiflisdə COP29-un Bakıda keçirilməsinə qarşı təşkil etmişdi...
“İran və Ermənistan maraqları 100 faiz üst-üstə düşən iki ölkədir. Dünyada ölkələrin maraqlarının bir-birinə bu qədər uyğun gəldiyi başqa nümunə tapmaq çox çətindir. Məsələn, dəhlizlərə gəlincə, bəzi ölkələr, sizin qonşu ölkələr Ermənistan ərazisindən keçməyə çalışırlar, lakin Ermənistanın ərazi bütövlüyünə hörmət etmək istəmirlər. Onlar dəhlizlər əldə edib onlara nəzarət etmək istəyirlər. İran bunun qeyri-mümkün və qəbuledilməz olduğunu söyləyən yeganə qonşu ölkə və yeganə dostdur”, - beynəlxalq əlaqələr üzrə mütəxəssis, Tehran ATU Universitetinin müəllimi və Qafqaz üzrə ekspert Ehsan Movahedian Ermənistan mətbuatına müsahibəsində belə deyib. O, xatırladıb ki, rəsmi Tehran Ermənistanla əlaqənin İran üçün həyati əhəmiyyət kəsb etməsinin fərqindədir.